Netanyahudan İrana dəstək: “İran xalqı azadlıq uğrunda mübarizədə tək deyil”
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkəsi bu həftə İran İslam Respublikasının bir neçə şəhərini əhatə edən etirazlar fonunda İran xalqı ilə həmrəydir.
TodayPress TV xəbər verir ki, AFP-nin məlumatına görə, Netanyahu bu fikirləri Nazirlər Kabinetinin həftəlik iclasında səsləndirib.
O bildirib ki, İsrail İran xalqının azadlıq və ədalətə can atmasını dəstəkləyir və onların mübarizəsi ilə həmrəy olduğunu açıq şəkildə ifadə edir. Baş nazirin sözlərinə görə, hazırda İran xalqının öz taleyini öz əlinə aldığı bir tarixi məqam yaşana bilər. Bu açıqlama Netanyahunun ofisi tərəfindən yayılan rəsmi bəyanatda da yer alıb.
Qiymət Mahir