Netanyahu Trampla telefon danışığının detallarını açıqladı
Dünya
23.03.2026 23:44
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazirin ofisi tərəfindən qısa video mesaj yayımlanıb.
O bildirib ki, Amerika lideri ona İran İslam Respublikasına qarşı hərbi kampaniyanın nailiyyətlərindən istifadə edərək müharibənin məqsədlərinə çatacaq bir razılaşma bağlamağın mümkünlüyünü bildirib.
"Prezident Tramp inanır ki, İsrail Müdafiə Qüvvələrinin və ABŞ ordusunun böyük nailiyyətlərindən istifadə edərək müharibənin məqsədlərinə həyati maraqlarımızı qoruyacaq bir razılaşma çərçivəsində nail olmaq üçün fürsət var", - deyə Netanyahu video mesajında bildirib.
O, həmçinin həm İrana, həm də Livana zərbələr endirməyə davam etdiklərini vurğulayıb.
Aysel Mətləb
tag: Netanyahu,Tramp,İran,Livan,TodayPress TV,
