Netanyahu “Sülh Şurası”nın iclasına qatılmayacaq
Dünya
15.02.2026 14:57
İsrailin xarici işlər naziri Gideon Saar fevralın 19-də ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası”nın ilk rəsmi iclasında iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki israilli rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri Trampın Vaşinqtonda keçiriləcək görüşdə Qəzzanın bərpası üçün çoxmilyardlı planı və BMT tərəfindən sanksiyalaşdırılmış sabitləşdirici qüvvələrin yaradılmasına dair detallı təşəbbüsü elan edəcəyini bildiriblər.
İclasda azı 20 ölkənin, o cümlədən dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı gözlənilir. Şuranın yaradılması Trampın Qəzzada müharibəni dayandırmaq planı çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib.
Yaxın Şərqin regional gücləri və bir sıra inkişaf etməkdə olan ölkələr şuraya qoşulsalar da, böyük dünya dövlətləri və ABŞ-nin ənənəvi Qərb müttəfiqləri daha ehtiyatlı mövqe sərgiləyiblər.
ABŞ rəsmiləri bildiriblər ki, iclasın əsas diqqət mərkəzində iki il davam edən müharibə nəticəsində böyük hissəsi dağıdılmış Qəzza olacaq.
Qiymət Mahir
tag: İsrail,Gideon Saar,ABŞ ,Donald Tramp,TodayPress TV,
