Netanyahu Putindən xahiş etdi
Dünya
06.01.2026 13:07
İsrail Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putindən İrana Tel-Əvivin hər hansı hücum planı olmadığını çatdırmasını xahiş edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu addım Tehran və Təl-Əviv arasındakı gərginliyin artması fonunda atılıb və Netanyahu İranın İsrailə qabaqlayıcı zərbə endirə biləcəyindən ehtiyat edir.
Son həftələrdə Rusiya və İsrail liderləri bir neçə telefon danışığı aparıblar və bu danışıqlar zamanı müvafiq mesajlar ötürülüb.
Eyni zamanda, İsrail ABŞ-ni İrana qarşı sanksiya tətbiq etməyə və ya münaqişəyə birbaşa müdaxilə etməyə inandırmağa çalışır.
Qeyd edək ki, daha əvvəl də İsrail ABŞ-ni İranın mümkün hücumu ilə bağlı xəbərdar etmişdi.
Jalə Rövşən
tag: Benyamin Netanyahu ,Vladimir Putin ,İsrail ,Tehran,Todaypress.tv,
