Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə…

Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə…
30.07.2026 21:15 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran İsrailə qarşı həyata keçirdiyi hücumların cavabsız qalacağını düşünürsə, ciddi yanılır.

TodayPress TV xəbər verir ki, Netanyahu bu fikirləri “Hang Out with Sean Hannity” proqramına müsahibəsində səsləndirib.

“Əgər İran bombardmanların cəzasız qalacağını düşünürsə, çox böyük səhv edir. İsrail xalqı güclü və birləşmiş xalqdır. Döyüşməyə hazır əsgərlər göndərən yeganə ölkə ABŞ-dir”, - deyə o bildirib.

Netanyahu çıxışında ABŞ-nin digər müttəfiqlərini isə “zəif” adlandırıb.

“Özlərini müttəfiq adlandıranlara baxın. Biz İranla döyüşərkən əslində onların da təhlükəsizliyi üçün mübarizə aparırıq. Bu rejim beynəlxalq dəniz yollarını, ticarəti və enerji bazarlarını iflic etmək istəyir. Faktiki olaraq biz sivil dünya uğrunda müharibə aparırıq”, - deyə İsrailin baş naziri vurğulayıb.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər