Nepalda torpaq sürüşməsi: Ölənlər var
Nepalda güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlar nəticəsində ən azı 47 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Aljazeera" agentliyi məlumat yayıb.
Məlumata görə, güclü yağışların törətdiyi torpaq sürüşmələri və ani daşqınlar nəticəsində Nepalda azı 47 nəfər həyatını itirib, yollar bağlanıb və körpülər dağılıb.
Türkan İsgəndərli