Nəbətiyyəyə zərbələrdən sonra Beyrutdan SƏRT ÇAĞIRIŞ

Nəbətiyyəyə zərbələrdən sonra Beyrutdan SƏRT ÇAĞIRIŞ
06.09.2026 16:09 Dünya

Livan Prezidenti Cozef Aun İsrailin Nəbətiyyə şəhərinə və onun ətraf ərazilərinə mülki şəxslərin həlak olmasına, böyük maddi ziyana səbəb olan hava zərbələrini pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə respublika rəhbərinin mətbuat xidməti məlumat yayıb.

"Eskalasiyanın yeni mərhələsinə görə tam məsuliyyəti İsrailin üzərinə qoyuruq. ABŞ və BMT-dən bu pozuntuların dayandırılması üçün dərhal tədbirlər görməyi, yəhudi dövlətinə təzyiq göstərməyi və onu atəşkəs sazişinə əməl etməyə məcbur etməyi tələb edirik", – deyə lider bəyanatda vurğulayıb.

Aun İsrail zərbələrinin adi bombardman çərçivəsini aşdığını və cənub regionunun həyatını iflic etmək məqsədi güddüyünü bildirib:

"Bu hücumlar vətəndaşların gündəlik işləri ilə məşğul olan maliyyə və təsərrüfat müəssisələrinə, həmçinin xəstəxana və tibb mərkəzlərinə yönəlib".

Aysel Mətləb

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər