Navrotski: “Tramp istəsə də, Ukraynaya əsgər göndərməyəcəyəm”

Navrotski: “Tramp istəsə də, Ukraynaya əsgər göndərməyəcəyəm”
22.05.2025 17:44 Dünya

Polşa prezidentliyinə namizəd Karol Navrotski bəyan edib ki, heç bir halda Polşa hərbçilərinin Ukrayna ərazisinə göndərilməsinə icazə verməyəcək. Hətta bu, ABŞ prezidenti Donald Tramp tərəfindən tələb olunsa belə.

TodayPress TV xəbər verir ki, siyasətçinin bu açıqlamasını “TVP Info” yayıb.

“Mən Polşa əsgərlərinin Ukrayna ərazisinə göndərilməsinə imkan verməyəcəyəm” deyə Navrotski qəti şəkildə bildirib

Eyni mövqeni Polşanın Baş naziri Donald Tusk da səsləndirib. “TVP Info” kanalında çıxışı zamanı o, Ukraynaya hərbi sülhməramlı missiya göndərilməsinin istisna olduğunu vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər