NATO Rusiyanın təlimlərinə cavab verəcəyini vəd edir
NATO ölkələri Rusiyanın Polşa və Litva sərhədləri yaxınlığında keçirdiyi "Zapad-2025" təlimlərinə cavab verəcəklərini vəd ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Moskva Şimali Atlantika Alyansının qüvvələri ilə mümkün toqquşmalara cəhd edəcək.
"Biz NATO və Avropa İttifaqı (Aİ) sərhədləri yaxınlığında təlimlərə ciddi yanaşmalıyıq. Çünki həm qonşu ölkələr, həm də NATO onlara çox ciddi yanaşır", - deyə Litvanın müdafiə nazirinin müavini Tomas Qodlyauskas deyib.
Qeyd edək ki, Rusiya-Belarus birgə "Zapad-2025" təlimləri sentyabrın 12-dən 16-dək keçiriləcək.
Aysel Mətləb