NATO Norveçdə Arktika üçün genişmiqyaslı hərbi təlim keçirəcək
Dünya
27.01.2026 18:01
NATO ölkələri Arktika şəraitində fəaliyyətə hazırlıq məqsədilə Norveçdə genişmiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Financial Times (FT) nəşri məlumat yayıb.
Bildirilir ki, mart ayında alyansın bütün ölkələrindən, o cümlədən ABŞ-dən 4 min olmaqla, ümumilikdə 25 minə yaxın hərbçi Norveçin şimalında keçiriləcək Cold Response təlimlərində iştirak edəcək. Təlimlər sərt qış şəraitində havada, dənizdə və quruda döyüş əməliyyatlarının icrasını məşq etməyə yönəlib.
Məlumata görə, təlimlərdə NATO-nun 14 ölkəsi iştirak edəcək. Bunlar Norveç, ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Fransa, İtaliya, Kanada, İspaniya, Türkiyə, İsveç, Finlandiya, Danimarka və Belçikadır.
Qiymət Mahir
tag: NATO ,Arktika ,Norveç,Fransa,Todaypress.tv,
