NATO Litvada genişmiqyaslı təlimlərə başladı

NATO Litvada genişmiqyaslı təlimlərə başladı
13.09.2025 20:00 Dünya

NATO ölkələri Litvada "Grand Eagle 2025" adlı hərbi təlimlərə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Bildirilib ki, təlimlər qoşun və texnikanın sürətli şəkildə regiona yerləşdirilməsi üzrə ssenarilərin işlənməsini nəzərdə tutur.

Onların əsas məqsədi NATO qüvvələrinin hazırlıq səviyyəsini artırmaq, müttəfiqlər arasında qarşılıqlı əlaqəni gücləndirmək və şərq cinahında müdafiəni möhkəmləndirməkdir.

Təlimlərdə Almaniyadan Litvaya hərbi qüvvələrin dəmir yolu, avtomobil, dəniz və hava yolu ilə daşınması məşq olunur.

Təlimlərə 14 ölkədən 8 mindən çox hərbçi, 40 gəmi, 30 təyyarə və 1,8 mindən artıq texnika cəlb edilib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər