NATO bu il Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək

NATO bu il Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək
15.04.2026 21:00 Dünya

NATO Avropa İttifaqının (Aİ) kreditinə əlavə olaraq Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Berlində Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasının əvvəlində bildirib.

Qeyd olunub ki, NATO dövlətlərindən vəsaitlər artıq 2026-cı ildə daxil olacaq.

Rüttenin sözlərinə görə, maliyyələşdirmədə prioritet hava hücumundan müdafiəyə, dronlara və uzaqmənzilli döyüş sursatlarına veriləcək.

Baş katib həmçinin üzv dövlətlər tərəfindən Ukraynaya dəstək xərclərinin qeyri-mütənasib bölüşdürülməsinə diqqət yetirib.

"Bu, həqiqətən də problemdir: çox az ölkə həddindən artıq böyük yük daşıyır və biz bu məsələni həll etməliyik. Ukraynanın mübarizəsinə dəstək heç vaxt olmadığı qədər vacibdir", - Rütte qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər