NATO Ankarada nələri müzakirə edəcək? - Əsas mövzular bəlli oldu
İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinin əsas müzakirə mövzuları açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.
Sammitdə Avroatlantik məkan üçün mövcud təhdid və çağırışlar, Ukraynadakı vəziyyət, eləcə də NATO-nun cənub cinahında təhlükəsizlik məsələləri əsas gündəlik mövzuları olacaq.
Onun sözlərinə görə, toplantıda alyansın regional təhlükəsizlik gündəliyi və qarşıdakı dövr üçün prioritetləri də müzakirə ediləcək.
Kübra Musayeva