NASA Ay missiyası üçün ən güclü raketini kosmosa çıxarır

NASA Ay missiyası üçün ən güclü raketini kosmosa çıxarır
17.01.2026 14:00 Dünya

NASA "Artemis II" adlı tarixi missiya çərçivəsində ən güclü raketini Aya səyahət üçün buraxılış meydançasına çıxarmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, Florida ştatında yerləşən “Kennedy” Kosmik Mərkəzindən 6 fevral tarixində buraxılması planlaşdırılan missiya təxminən 10 gün davam edərək Sakit okeana enişlə başa çatacaq. 

Qeyd edək ki, “Artemis II” NASA-nın “Space Launch System” (SLS) raketinin ikinci sınağı, eyni zamanda ilk pilotlu uçuşu olacaq.

“Orion” kapsulunda yerləşəcək dörd astronavt missiya zamanı həyat təminatı, rabitə və birləşmə manevrlərini sınaqdan keçirəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər