"Müharibə şəraiti hələ də qüvvədədir" - İran

Dünya

28.04.2026 22:05

“Müharibə şəraiti bizim üçün hələ də qüvvədədir. Müşahidə, izləmə və texniki hazırlıq fasiləsiz şəkildə  davam edir”.

TodayPress TV xəbər verir ki, bu sözləri İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya İran dövlət televiziyasına açıqlama verərkən deyib.

Əkrəminiya vurğulayıb ki, atəşkəsə baxmayaraq ABŞ və İsrailə etimad olmadığı üçün müharibə bitmiş hesab edilmir.

Onun sözlərinə görə, proses hər zaman müharibə davam edirmiş kimi qiymətləndirilir və hərbi hazırlıq fasiləsiz şəkildə davam etdirilir.

Sözçü əlavə edib ki, düşmən tərəfindən yenidən hücum cəhdi olarsa, İran Silahlı Qüvvələri buna yeni vasitələr, yeni üsullar və yeni sahələrlə cavab verəcək.

Kənan Yusif

TodayPress TV

tag: İran,ABŞ İran,İsrail,Hörmüz,Todaypress.tv,