Müctəbanı atasının dəfninə buraxmadılar
İranın Ali Rəhbəri Müctəba Xameneinin atasının dəfn mərasimində iştirak etmək üçün etdiyi müraciət ölkənin təhlükəsizlik orqanları tərəfindən rədd edilib.
Todaypress TV xəbər verir ki, bu barədə ABŞ mətbuatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, müraciətin rədd edilməsinə əsas səbəb ölkədəki mövcud gərginlik fonunda Müctəba Xameneinin mümkün hədəfə çevrilə biləcəyi və onun təhlükəsizliyinə yönəlmiş ciddi risklərdir.
Təhlükəsizlik strukturları Ali Rəhbərin kütləvi tədbirdə iştirakının qarşısını almaqla potensial sui-qəsd və ya hücum təhlükəsini sığortalamağa çalışıblar.
Jalə Rövşən
İranın Ali Rəhbəri Müctəba Xamenei
Dəfn və vida mərasimi
Təhlükəsizlik strukturları
Sui-qəsd
Todaypress.tv
Jalə Rövşən