Moskva istiqamətində uçan 32 PUA vuruldu
Ukrayna növbəti dəfə Rusiya paytaxtına dronlarla hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, gün ərzində Moskva istiqamətində uçan 32 Ukrayna PUA-sı məhv edilib.
PUA hücumu ilə əlaqədar Moskvanın hava limanlarında uçuşlara qadağa qoyulub, bir sıra reyslər ləğv olunub.