Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq?

Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq?
30.07.2026 20:20 Dünya

Rusiya Dəmir Yolları (RDY) Ermənistanda dəmir yolu üzrə konsessiya müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə, ölkəyə yatırdığı investisiyaların geri qaytarılmasını tələb edə bilər.

TodayPress TV bu barədə RDY-nin rəhbəri Oleq Belozyorov bildirib.

Onun sözlərinə görə, şirkət konsessiya müqaviləsi çərçivəsində üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirir. O qeyd edib ki, əldə olunan bütün mənfəət dəmir yolu infrastrukturunun inkişafına yönəldilib və bu müddət ərzində heç vaxt dividend ödənilməyib.

Belozyorov əlavə edib ki, Cənubi Qafqaz Dəmir Yolu Ermənistanda ən böyük işəgötürənlərdən biri olaraq fəaliyyətini davam etdirir.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər