Monqolustanın Baş naziri istefa verdi

Monqolustanın Baş naziri istefa verdi
17.10.2025 10:46 Dünya

Monqolustanın Baş naziri Qombojavin Zandanşatar istefa verib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. 

Məlumata görə, Zandanşatar iyun ayında baş nazir təyin olunub. O, 2024-cü il seçkilərində parlamentdə (Xuralda) çoxluq qazanan Monqolustan Xalq Partiyasının namizədi idi.

Zandanşatar 1987-1992-ci illərdə Rusiyanın İrkutsk şəhərində maliyyə və iqtisadiyyat üzrə təhsil alıb. O, 2019-2024-cü illərdə parlamentin sədri, daha sonra isə prezidentin aparat rəhbəri vəzifəsində çalışıb.

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər