Monkada: "ABŞ Venesuelanı işğal etməyi planlaşdırır"

Monkada: "ABŞ Venesuelanı işğal etməyi planlaşdırır"
11.10.2025 10:15 Dünya

ABŞ-nin Venesuelanı müstəmləkəyə çevirmək planları ola bilər.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada açıqlama verib.

Diplomatın sözlərinə görə, Vaşinqtonun 2025-ci ildə ölkəyə qarşı addımlar atacağı ehtimal olunur.

“Biz düşünürük ki, onlar yaxın zamanda hərəkətə keçməyi planlaşdırırlar. Bunun narkotiklərlə heç bir əlaqəsi yoxdur. Məqsədləri açıq-aşkardır — Venesuelanı işğal etmək və müstəmləkəyə çevirmək”, – Monkada qeyd edib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər