Momeni: "Əlaqələrin açarı Pakistanın əlindədir"
İranın daxili işlər naziri İskəndər Momeni Körfəz bölgəsində gərginliyin artdığı bir vaxtda yüksək səviyyəli nümayəndə heyəti ilə İslamabada gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə Sistan və Bəlucistan əyalətinin general-qubernatoru, daxili işlər, şəhərsalma və nəqliyyat nazirlərinin müavinləri, İran Milli Neft Şirkətinin rəhbəri və kənd təsərrüfatı nazirinin xüsusi nümayəndəsi daxildir.
Pakistana gəlişi zamanı mətbuata açıqlama verən Momeni səfərin əsas məqsədinin qonşu ölkələr arasında münasibətləri gücləndirmək və strateji sahələrdə əməkdaşlığı inkişaf etdirmək olduğunu bildirib.
Nazir xatırladıb ki, tərəflər daha əvvəl ticarət dövriyyəsini üç dəfə artıraraq illik 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Pakistan tərəfi də ikitərəfli əlaqələrin genişləndirilməsini və regional gərginliyin azaldılmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu ifadə edib.
Jalə Rövşən