Moldova və Rumıniya birləşəcək?

Moldova və Rumıniya birləşəcək?
17.01.2026 15:30 Dünya

Moldovanın Baş naziri Aleksandr Muntianu ölkəsinin Rumıniyaya birləşməsini dəstəklədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Observatorul de Nord” nəşrinə danışıb.

Muntianu şəxsi və siyasi mövqeyini ayırd edib. Onun sözlərinə görə, vətəndaş kimi o, Rumıniya ilə birləşməyə səs verərdi, lakin baş nazir kimi əhalinin çoxluğunun iradəsini icra etməyə borcludur.

“Mən Aleksandr Muntianu adlı vətəndaş olaraq Rumıniya ilə birləşməyə səs verərdim. Amma baş nazir kimi Avropa İttifaqına inteqrasiyaya üç dəfə səs vermiş vətəndaşların iradəsini yerinə yetirməliyəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Moldova Prezidenti Maya Sandu da oxşar mövqe sərgiləyib. O bildirib ki, respublikanın Rumıniyanın tərkibinə daxil olması “Rusiyaya qarşı durmaq” baxımından faydalı ola bilər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər