Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO
İspaniyanın Mərakeşlə sərhəddə yerləşən Seuta şəhərinin Tarajal bölgəsində qeyri-qanuni miqrant axını səbəbindən vəziyyət gərginləşib.
TodayPress TV xəbər verir ki, nəlumata görə, minlərlə miqrant Tarajal çimərliyi istiqamətindən keçərək İspaniya ərazisinə daxil olub.
Yaranmış vəziyyətlə əlaqədar Seuta rəhbərliyi İspaniya hökumətinə rəsmi müraciət edərək ölkədə milli fövqəladə vəziyyət elan edilməsini və sərhədin mühafizəsi üçün ordunun bölgəyə yeridilməsini tələb edib.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət nəzarətdə saxlanılır.