Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu

Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu
21.07.2026 19:31 Dünya

Şimali Makedoniyanın Qostivar şəhərində su kəmərində baş verən bakterial çirklənmə nəticəsində 3 150 nəfərin səhhətində problemlər yaranıb.

TodayPress TV xəbər verir ki, Şimali Makedoniya Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlərdən 4 nəfərin vəziyyəti xəstəxanaya yerləşdirilməsini zəruri edib.

Hadisə ilə bağlı Qostivar Prokurorluğu araşdırmalara başlayıb. Bildirilir ki, su təchizatına cavabdeh olan “Komunalets” kommunal müəssisəsinin direktoru və daha iki texniki rəhbər barəsində cinayət işi açılıb.

İstintaqın ilkin nəticələrinə əsasən, vəzifəli şəxslərin səhlənkarlığı səbəbindən 22 gün ərzində təhlükəli suyun şəhərin su təchizatı sisteminə daxil olduğu ehtimal edilir.

Məlumata görə, sözügedən üç vəzifəli şəxs həbs edilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər