Məşhur şirkətin Rusiyadakı data mərkəzi vuruldu - VİDEO

Məşhur şirkətin Rusiyadakı data mərkəzi vuruldu - VİDEO
08.10.2026 11:28 Dünya

Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərində yerləşən “Yandex” data mərkəzinə PUA hücumu olub.

TodayPress TV xəbər verir ki, məlumata görə, data mərkəzinin yerləşdiyi “Sasta” dəzgahqayırma zavodunun ərazisində yanğın baş verib.

“Yandex” şirkəti data mərkəzində baş verən insidentin infrastrukturun bir hissəsinə zərər vurduğunu və obyektin fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Şirkətin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda mütəxəssislər nəticələrin aradan qaldırılması və təsirlənmiş xidmətlərin bərpası üzərində çalışırlar. “Yandex”in əsas xidmətlərinin fəaliyyətini davam etdirdiyi, lakin bəzi xidmətlərdə fasilələrin yarana biləcəyi bildirilib.

Rusiya və Ukrayna tərəfləri hadisənin kim tərəfindən törədildiyini rəsmi şəkildə təsdiqləməyib. Bununla belə, bir sıra mənbələr insidentin PUA hücumu nəticəsində baş verdiyini bildirir.

Qeyd edək ki, “Sasta” zavodunun ərazisində 2014-cü ildən “Yandex”ə məxsus data mərkəzi fəaliyyət göstərir. Müəssisə metal emalı dəzgahlarının istehsalı ilə məşğuldur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər