Merts: “Ukrayna münaqişəsinin həlli prosesi aylarla davam edə bilər”

Merts: “Ukrayna münaqişəsinin həlli prosesi aylarla davam edə bilər”
22.05.2025 15:38 Dünya

Almaniyanın federal kansleri Fridrix Merts bildirib ki, Rusiya və Ukrayna arasında sülhün əldə olunması prosesi hələ ilkin mərhələdədir və bu səylər aylarla çəkə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” kanslerin açıqlamasına istinadla məlumat yayıb.

“Bu proses hələ indi başlayıb və bir neçə həftə, bəlkə də aylarla davam edə bilər” deyə Mers vurğulayıb. 

O, atəşkəsin tezliklə əldə olunacağına dair heç bir illüziyasının olmadığını da qeyd edib.

Kansler əlavə edib ki, Berlin münaqişənin diplomatik yolla həll olunması üçün heç bir imkanı gözdən qaçırmır, lakin belə bir nəticəyə qısa zamanda nail olunacağını gözləmək qeyri-realdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər