Merts Putinlə danışıqlara qarşı çıxdı

Dünya

29.01.2026 10:37

Almaniya kansleri Fridrix Merts Ukraynadakı münaqişə ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparılması çağırışlarını rədd edib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Merts danışıqların ilk növbədə Ukrayna və Rusiya arasında aparılmalı olduğunu deyib.

O, Almaniyanın mövcud danışıqları dəstəklədiyini və onların mümkün qədər tez nəticə verəcəyinə ümid etdiyini də vurğulayıb. 

Bu arada, SPD parlament fraksiyasının xarici siyasət üzrə nümayəndəsi Adis Axmetoviç Almaniya kansleri Fridrix Merts ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa danışıqların aparılmasına çağırıb. Onun sözlərinə görə, indiyədək danışıqlar prosesində “az irəliləyiş” əldə olunub və avropalılar danışıqlar masasında təmsil olunmurlar. Siyasətçi qeyd edib ki, bu vəziyyət davam edə bilməz və yeni yanaşmalara ehtiyac var. Bu isə Rusiya ilə diplomatik əlaqələrin hansı səviyyədə və kimlər tərəfindən aparılmalı olduğunun aydınlaşdırılmasını tələb edir.

Qeyd edək ki, bundan əvvəl Finlandiyanın Baş naziri Çini Ukraynada sülhün bərqərar olmasına töhfə verməyə çağırmışdı.

Jalə Rövşən 

TodayPress TV 

tag: Fridrix Merts,Almaniya,Ukrayna,Rusiya ,Todaypress.tv,