Merts: "Almaniyada islahatlara ehtiyac var"

Dünya

29.04.2026 16:49

"Almaniya son 20 ildə rifah şəraitində “çox rahat” yaşayıb, lakin bu model artıq davamlı deyil və ciddi islahatlara ehtiyac var".

TodayPress TV xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts “Spiegel” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniya cəmiyyəti dünyada baş verən dəyişiklikləri kifayət qədər düzgün qiymətləndirməyib və bu səbəbdən mövcud sistemlər yenilənməlidir. Əks halda, ölkədəki rifahın davam etməsi sual altında qala bilər.

Merts xüsusilə pensiya sistemi, səhiyyə və vergi sahələrində dəyişikliklərin vacibliyini vurğulayıb. O, pensiya yaşının yalnız yaşa görə deyil, işlənmiş xidmət illərinə əsaslanaraq müəyyən edilməsini də müzakirə mövzusu kimi gündəmə gətirib.

Kansler həmçinin qeyd edib ki, Avropa diplomatiyası yalnız hərbi güclə, o cümlədən nüvə çəkindiriciliyi ilə dəstəkləndiyi halda daha təsirli ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Almaniya,İslahat,Dövlət,Rifah,Todaypress.tv,