Mersin Limanında 298 kiloqram kokain müsadirə edildi

Mersin Limanında 298 kiloqram kokain müsadirə edildi
15.01.2026 10:35 Dünya

Türkiyədə Braziliyadan gələn fıstıq konteynerində aparılan axtarışda 298 kiloqram kokain müsadirə edilib.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Əli Yerlikaya "X" hesabında paylaşıb.

Yerlikaya əməliyyatda iştirak edən polis əməkdaşlarını təbrik edib və əməliyyata dair görüntüləri sosial media hesabında izləyicilərlə bölüşüb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər