Meksika Prezidenti ABŞ-yə xəbərdarlıq etdi
Dünya
07.11.2025 05:11
Meksika Prezidenti Klaudiya Şeynbaum ölkəsinin daxili işlərinə xarici müdaxiləyə yol verilməyəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o gündəlik mətbuat konfransında çıxış edərkən danışıb.
Prezident bildirib ki, Meksika xalqı öz suverenliyinə böyük önəm verir və ABŞ tərəfindən hər hansı təzyiqə və ya təsir cəhdinə qarşı çıxır.
“ABŞ-dən heç bir müdaxilə olmayacaq. Meksikalılar, bir neçə nəfər istisna olmaqla, kənardan gələn təsirləri qəbul etmir,” – deyə Şeynbaum vurğulayıb.
O, həmçinin əlavə edib ki, Meksika ilə ABŞ arasında münasibətlər dialoq və əməkdaşlıq əsasında qurulub və bu əlaqələr qarşılıqlı hörmət prinsipi üzərində dayanır:
“Bizim əməkdaşlıq çərçivəmiz elə qurulub ki, o, heç bir halda müdaxiləyə yol vermir.”
Aynur TAC
tag: Meksika, Prezident, ABŞ, Xəbərdarlıq, todaypress.tv,
