Meksika Kubaya neft tədarükünü dayandırdı
Dünya
28.01.2026 14:16
Meksika Prezidenti Klaudiya Şeynbaum Kubaya neft tədarükünün müvəqqəti olaraq dayandırıldığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
O qeyd edib ki, fasilə neft tədarükündəki ümumi dalğalanmalardan qaynaqlanır və bu, ABŞ-nin təzyiqi altında qəbul edilməmiş "suveren” qərardır.
Şeynbaum, ABŞ Prezidenti Donald Trampın Meksikanın Kuba hökumətindən uzaqlaşması üçün artan təzyiqi səbəbindən dövlətə məxsus “Pemex” neft şirkətinin Kubaya neft tədarükünü dayandırıb-dayandırmadığı ilə bağlı sualları cavablandırarkən bildirib:
“Pemex” qərarları Kuba ilə müqavilə münasibətləri çərçivəsində qəbul edir. Dayandırma suveren bir qərardır və lazım olduqda verilir”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Kuba hökumətinin süquta hazır olduğunu və ABŞ hərbi əməliyyatı nəticəsində keçmiş Venesuela Prezidenti Nikolas Maduro həbs edildikdən sonra adanın artıq Venesueladan neft tədarükü almayacağını bildirmişdi.
Aysel Mətləb
tag: Meksika ,Şeynbaum ,Kuba,Neft,Todaypress.tv,
