Maskın atası danışdı

Maskın atası danışdı
08.06.2025 23:45 Dünya

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Ağ Ev ilə əməkdaşlıq nəticəsində posttravmatik stress pozuntusu (PTSP) keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşri iş adamının atası Errol Maskın sözlərinə istinadla məlumat yayıb.

“O, beş ay fasiləsiz, davamlı, dayanmadan stress yaşayıb”, – deyə Errol Mask vurğulayıb.

Maskın atası bildirib ki, İlon ABŞ prezident seçkilərində Donald Trampa yardım etməklə “böyük səhv” edib və bu, onun psixoloji vəziyyətinə mənfi təsir göstərib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər