Mask Los-Ancelesdəki etirazlara sərt reaksiya verdi
İlon Mask Kaliforniyanın Los-Anceles şəhərində keçirilən etiraz aksiyaları zamanı çəkilmiş bir fotoya münasibət bildirərək narazılığını ifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
“Bu, normal deyil”, – deyə Mask yazıb.
Milyarder bu sözləri yarıçılpaq halda Meksika bayrağı ilə dağıdılmış avtomobilin üzərində dayanan şəxsin fotosuna şərh olaraq qeyd edib.
Qiymət Mahir