Makronun xəyalı suya düşdü - Tehrandan Paris və Londona sərt xəbərdarlıq

Makronun xəyalı  suya düşdü - Tehrandan  Paris və  Londona sərt xəbərdarlıq
04.07.2026 13:35 Dünya

İran London və Parisi Hörmüz boğazında hər hansı hərbi mövcudluqdan və əməliyyatlardan çəkinməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi "X" platformasında bildirib.

O, İranın boğazın təhlükəsizliyinin qarantı olduğunu vurğulayaraq qeyd edib:

"İran boğazın təhlükəsizliyinin məsuliyyətli bir gücü və qarantı olaraq bu su yolunda hər hansı bir hərbi əməliyyata qarşı xəbərdarlıq edir. Hörmüz boğazının təhlükəsizliyi yalnız sahil dövlətləri tərəfindən təmin edilir."

Tehran, həmçinin Fransa Prezidenti Emmanuel Makronun Fransa, Oman və digər ölkələrin boğazın minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq edəcəyi barədə açıqlamasını da təkzib edib.

"Su yolunun minalardan təmizlənməsi yalnız İran tərəfindən həyata keçiriləcək",- deyə Qəribabadi əlavə edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər