Makron Livanın baş naziri ilə görüşəcək

Makron  Livanın baş naziri ilə görüşəcək
19.04.2026 19:07 Dünya

Fransa prezidenti Emmanuel Macron bazar ertəsi Livan prezidenti Navaf Salam ilə Parisdə görüşəcək. Görüş İsrail ilə “Hizbullah” arasında 10 günlük atəşkəsin davam etdiyi bir vaxta təsadüf edir.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa prezidentinin ofisinin açıqlamasında bildirib.

Qeyd edilib ki, bu səfər Makronun Livanda atəşkəsə “tam və hərtərəfli riayət olunması”na, həmçinin Fransanın Livanın “ərazi bütövlüyü”nə dəstəyini göstərir.

Səfərlə bağlı xəbər Fransa tərəfinin Livanda fransız sülhməramlısının ölümündə “Hizbullah”ı günahlandırmasından bir gün sonra verilib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər