Makron: "İsrailin hücumları atəşkəsi təhlükəyə atır"

Makron: "İsrailin hücumları atəşkəsi təhlükəyə atır"
09.04.2026 17:29 Dünya

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, o, Livan Prezidenti Cozef Aun və Baş nazir Nacib Mikati ilə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə Makron açıqlama verib.

O vurğulayıb ki, İsrailin Livana qarşı həyata keçirdiyi hücumlar ciddi mülki itkilərə səbəb olub və atəşkəs razılaşmasının davamlılığı üçün təhlükə yaradır. Fransa lideri qeyd edib ki, Livan bu razılaşmaya tam şəkildə daxil edilməlidir.

Prezident həmçinin Livanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib və Fransanın Livan hakimiyyətinin suverenliyi qorumaq və "Hizbullah"ı tərksilah etmək səylərini dəstəkləyəcəyini təsdiqləyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər