Makron: “Biz bunu Rusiya təhdidinə görə edirik”

Makron: “Biz bunu Rusiya təhdidinə görə edirik”
25.06.2025 16:48 Dünya

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa bundan sonra NATO ölkələrinin birgə müdafiəsi üçün daha böyük məsuliyyət götürəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

"Biz bunu Rusiyadan gələn təhdidə görə edirik", - deyə Makron NATO ölkələrinin müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması barədə razılığa gəldikləri birgə bəyanata münasibət bildirərkən deyib.

Makron, həmçinin ABŞ-nin Avropa İttifaqına (Aİ) tətbiq etdiyi gömrük rüsumlarını tənqid edərək deyib:

"Avropa müdafiəyə daha çox pul ayıra bilər, çünki hazırda ticarət müharibəsi aparır".

Fransa Prezidenti NATO müttəfiqləri arasında ticarət müharibəsinin “mənasız” olduğunu vurğulayıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər