Madyar: “Zelenski ilə mütləq görüşəcəyik”

Dünya

13.04.2026 22:10

Macarıstanın yeni Baş naziri Peter Madyarın gələcək hökuməti Ukrayna ilə dostluq münasibətləri qurmağı planlaşdırır.  

TodayPress TV xəbər verir ki, bu barədə "Tisa" partiyasının lideri və Macarıstandakı parlament seçkilərinin qalibi Peter Madyar mətbuat konfransında bəyanat verib. 

"Tisa" hökuməti bütün qonşu ölkələrlə müttəfiqlik, mümkün olduğu təqdirdə isə dostluq münasibətlərinə can atacaq", - deyə o, hökumətin Ukrayna ilə bağlı siyasəti barədə sualı cavablandırarkən bildirib və əlavə edib ki, qonşu dövlətlərlə yaxşı münasibətlər qurmaq Macarıstanın əsas maraqlarından biridir. 

Madyar, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə potensial görüş barədə sualı da cavablandırıb: 

"Başqa bir yerdə olmasa da, Avropa İttifaqı Şurasında mütləq görüşəcəyik", - deyə "Tisa" lideri vurğulayıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Peter Madyar,Tisa,Macarıstan,Ukrayna,TodayPress TV,