Madyar Macarıstan Prezidentinə könüllü istefa üçün vaxt verdi
Dünya
20.04.2026 20:50
Macarıstanın “Tisa” partiyasının lideri Peter Madyar, əvvəlki hökumət dövründə vəzifəyə gəlmiş demək olar ki, bütün dövlət qurumlarının rəhbərlərini mayın 31-nə qədər könüllü olaraq istefa verməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, Budapeştdə keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.
Madyar izah edib ki, o, həmin şəxsləri fəaliyyəti başa çatmaqda olan Baş nazir Viktor Orbanın tərəfdarları hesab edir və onların öz postlarında qalmağa mənəvi haqları yoxdur.
Lider bəyan edib ki, onlar istefa ərizələrini mayın 31-nə qədər təqdim edə bilərlər:
“Bundan sonra biz bizə verilmiş səlahiyyətlərdən və hüquqi imkanlardan istifadə edərək onları vəzifədən kənarlaşdırmaq üçün hərəkətə keçəcəyik”.
Aysel Mətləb
tag: Madyar,Macarıstan,İstefa,Vaxt,TodayPress TV,
