Maduronun xələfi prezident qismində and içdi

Maduronun xələfi prezident qismində and içdi
06.01.2026 03:33 Dünya

Ötən şənbə gününə qədər Venesuelanın vitse-prezidenti vəzifəsini tutan Delsi Rodriges müvəqqəti dövlət başçısı kimi and içib.

TodayPress TV "CNN" telekanalına istinadən xəbər verir ki, andiçmə mərasimi Venesuela Milli Assambleyasında baş tutub.

Andiçmə mərasimini parlamentin spikeri və müvəqqəti prezidentin qardaşı Xorxe Rodriges keçirib.

Delsi Rodriges bu vəzifəyə Nikolas Maduronun Karakasda ABŞ-nin hərbi əməliyyatı nəticəsində saxlanılmasından sonra başlayıb. Qeyd edək ki, Maduro həyat yoldaşı Siliya Flores ilə birlikdə ölkədən çıxarılıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər