Madaqaskarda fövqəladə vəziyyət tətbiq edildi

Madaqaskarda fövqəladə vəziyyət tətbiq edildi
08.04.2026 04:30 Dünya

Madaqaskar hökuməti Yaxın Şərqdəki eskalasiya ilə əlaqədar energetika sahəsində fövqəladə vəziyyət tətbiq etmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə hökumətin sərəncamına istinadən Malqaş Milli Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, fövqəladə vəziyyət rejimi elektrik enerjisinin verilməsindəki ciddi problemlər və enerji təchizatındakı uzunmüddətli fasilələrlə əlaqədar 15 sutka müddətinə tətbiq edilib. Həmçinin ölkənin müxtəlif bölgələrinin, xüsusən də Nusi-Be adasının - ölkənin əsas turizm mərkəzinin neft məhsulları ilə təchizatının normallaşdırılması üçün addımlar atılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər