Macarıstanda seçki fəallığı artır: Rekord göstərici qeydə alındı
Macarıstanda parlament seçkilərində seçici fəallığı əvvəlki illərin rekordunu yeniləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstan Milli Seçki Bürosu məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 11:00-a olan göstəriciyə əsasən seçici fəallığı 37,98% təşkil edib.
Bildirilir ki, səhər saat 9:00-da bu göstərici 16,89% olub və cəmi iki saat ərzində iki dəfədən çox artıb:
“Hazırkı göstəricilər əvvəlki seçkilərlə müqayisədə xeyli yüksəkdir”.
Qiymət Mahir