Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünə açıq veto qoydu
Dünya
28.01.2026 10:02
Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olduqlarını açıq şəkildə təsdiqləyərək Budapeştin Kiyevin qarşısında əsas maneə olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Siyarto "Facebook" səhifəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Macarıstan Kiyevin Aİ-yə üzvlüyü qarşısında yeganə maneədir” fikri ilə razılaşdığını yazıb.
O bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü Aİ-yə müharibə gətirəcək, Macarıstan fermerlərinin isə iflasına səbəb olacaq.
Macarıstan XİN rəhbərinin sözlərinə görə, hazırkı hakimiyyət dövründə Ukrayna heç vaxt Aİ üzvü olmayacaq:
“Ukraynalılar Aİ-yə müharibə gətirər və bizi öz müharibələrinə cəlb edər. Avropalılar, o cümlədən macarlar pullarını Ukraynanın xeyrinə itirər, fermerlərimiz keyfiyyətsiz taxıl səbəbindən müflis olar, Ukrayna mafiyası isə ölkəmizi tranzit məntəqəsinə çevirər”.
Qeyd edək ki, bir gün əvvəl Andrey Sibiqa “Avropa həqiqəti” nəşrinə müsahibəsində Macarıstanın Baş naziri Viktor Orbanı öz xalqı üçün təhlükə adlandırmış, Budapeşti isə Ukraynanın Aİ-yə üzvlüyü qarşısında yeganə maneə kimi qiymətləndirmişdi.
Qiymət Mahir
tag: Macarıstan,Peter Siyarto,Aİ,Orban,Ukrayna,Todaypress.tv,
