Macarıstan: Rusiya-Ukrayna sentyabrda razılığa gələcək

Macarıstan: Rusiya-Ukrayna sentyabrda razılığa gələcək
28.07.2025 16:24 Dünya

Macarıstan, Rusiya və ABŞ-nin Ukrayna üzrə sentyabrın əvvəlinə qədər razılığa gələcəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto bildirib.

Nazir qeyd edib ki, prezident Donald Trampın müəyyən etdiyi 50 günlük müddət ərzində tərəflər arasında razılaşma əldə olunmazsa, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik idxal rüsumları tətbiq edəcəyini bəyan edib.

Macarıstan daha əvvəl də Ukrayna münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini və ABŞ-nin təzyiq siyasətinin razılaşma ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər