Lukaşenko Şimali Koreyaya səfər edəcək
Dünya
24.03.2026 15:10
Belarus Prezidenti Aleksandr Lukaşenko 25–26 mart tarixlərində Şimali Koreyaya rəsmi səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər KXDR lideri Kim Çen Inın dəvəti əsasında baş tutacaq və əsas tədbir yüksək səviyyəli ikitərəfli danışıqlar olacaq.
Məlumata görə, görüşlərdə Belarus–Koreya münasibətlərinin bütün istiqamətləri müzakirə olunacaq, qarşılıqlı maraq doğuran sahələr və perspektivli layihələr müəyyənləşdiriləcək.
Səfərin əsas məqsədi kimi ikitərəfli əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi göstərilir.
Bundan əvvəl Lukaşenko Kim Çen Inı yenidən Dövlət İşləri üzrə sədr seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb və bunu Şimali Koreya xalqının iradəsinin təzahürü kimi qiymətləndirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də Kim Çen Inı təbrik etmişdi və Kremlin məlumatına görə, KXDR liderinin yaxın vaxtlarda Rusiyaya səfəri istisna edilmir.
Qiymət Mahir
tag: Lukaşenko,Şimali Koreya,Belarus ,Kim Çen In,TodayPress TV,
