Lukaşenko: "Rəhbər şəxs xalqa xidmət etməlidir"

Dünya

20.04.2026 15:53

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəni idarə etmə prinsiplərindən danışaraq, qərar vermək çətin olanda xalqa müraciət etməyin vacibliyini vurğulayıb.

TodayPress TV xəbər verir ki, o, bu fikirləri "RT" kanalına verdiyi müsahibədə bildirib.

Lukaşenko qeyd edib ki, rəhbər şəxs vəziyyəti düzgün qiymətləndirməli və xalqın ehtiyaclarını nəzərə almalıdır. Onun sözlərinə görə, əgər hansı addımın atılacağı bəlli deyilsə, insanlara müraciət etmək ən doğru yoldur.

Prezident həmçinin Sovet dövründə Kommunist Partiyasında fəaliyyətini xatırladaraq, ədalətsizliyə qarşı mübarizə apardığını və bunu özünün ən güclü xüsusiyyəti hesab etdiyini deyib.

Belarus lideri ABŞ haqqında danışarkən orada müsbət tərəflərin olduğunu, lakin bəzi “uyğunsuzluqların” da mövcud olduğunu bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Belarus,Lukaşenko,Ölkə,Sovet,Todaypress.tv,