Lukaşenko Putinlə görüşünü "yaxşı ənənə" adlandırdı

Lukaşenko Putinlə görüşünü "yaxşı ənənə" adlandırdı
01.08.2025 16:56 Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə hər il Valaam adasında keçirilən görüşləri “yaxşı ənənə” adlandırıb.

TodayPress TV xəbər verir ki, Lukaşenko bu fikirləri 1 avqustda Sankt-Peterburqa etdiyi işgüzar səfər çərçivəsində bildirib:

“Mən bura uçarkən düşündüm ki, biz sizinlə gözəl bir ənənə formalaşdırmışıq — hər il burda görüşürük”.

Kreml tərəfindən yayılan görüntülərdə prezidentlərin bir-birini səmimi qarşılaması görünür.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər