Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq
Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət qurumlarında işini lazımi səviyyədə yerinə yetirməyən məmurların Ukrayna ilə sərhədin mühafizəsinə göndərilməsi barədə göstəriş verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, zəif işləyən məmurlar əvvəlcə kənd təsərrüfatında - traktor və kombaynlarda işləməyə cəlb olunacaq. Texniki işləri bacarmayanlar isə köməkçi vəzifələrdə çalışacaqlar.
Belarus lideri bildirib ki, onun tapşırıqlarını yerinə yetirməyən şəxslər ordu sıralarına göndəriləcək və sərhəd bölgələrində xidmət edəcəklər.
“Bu mənim əmrimdir. İstənilən məmur - hökumətdə, vilayət və ya rayon icra hakimiyyətində işləyən şəxs - pis işləyirsə, təsərrüfata göndəriləcək. Tapşırıqları yerinə yetirməyənlər isə orduya yollanacaq. Meşədə xidmət edəcəklər. Orada da kadrlara ehtiyac var”, - deyə Lukaşenko bildirib.
Kübra Musayeva