Lukaşenko: “Mənə iqtisadiyyatı verin, təhlükəsizlik isə...”
Dünya
06.11.2025 16:00
Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkə vətəndaşları əsas diqqəti iqtisadiyyatın inkişafına yönəltməlidirlər, təhlükəsizlik və müdafiə məsələləri isə onun nəzarətində qalacaq.
TodayPress TV xəbər verir ki, “BelTA” agentliyinin məlumatına görə, Lukaşenko xalqa müraciətində deyib:
“Mən sizdən həmişə bir şey istəmişəm: mənə iqtisadiyyatı verin. Körpülər, yollar, süd, ət və s. – bunları siz təmin edin. Hərbi məsələlər, təhlükəsizlik isə mənim məsuliyyətimdədir. Mən bunları necə həll edəcəyimi bilirəm. Hələlik hər şey pis getmir".
Prezidentin sözlərinə görə, belaruslular “yaxşı iş əhvalına köklənməli” və “öz işlərini vaxtında yerinə yetirməlidirlər”:
“Unutmayın ki, sizin etmədiyinizi heç kim etməyəcək.”
Lukaşenko həmçinin bildirib ki, Belarus Ukrayna vətəndaşlarını qəbul etməyə açıqdır.
Qiymət Mahir
tag: Lukaşenko ,Belarus ,Təhlükəsizlik ,Dünya,Todaypress.tv,
