Lukaşenko əvvəl Putinlə, sonra Si Cinpinlə görüşdü – Nədən danışdılar?

Lukaşenko əvvəl Putinlə, sonra Si Cinpinlə görüşdü – Nədən danışdılar?
29.06.2026 08:25 Dünya

Çin Xalq Respublikasının sədri Si Cinpin iyunun 29-da Pekində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, görüş Diaoyutay Dövlət Rezidensiyasında baş tutub.

Bundan əvvəl, iyunun 26-da Aleksandr Lukaşenko Rusiyanın Valday şəhərində Vladimir Putin ilə qeyri-rəsmi görüş keçirib. Görüşdə iki ölkə arasında əməkdaşlıq, birgə layihələr, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub.

Mətbuatın diqqətini çəkən məqamlardan biri isə hər iki görüşlə bağlı liderlərin mətbuat xidmətlərinin fotoşəkillər paylaşmaması və yalnız qısa məlumatlarla kifayətlənməsi olub.

Vladimir Putin görüşü uğurlu və mənalı adlandıraraq bildirib ki, o, Aleksandr Lukaşenko ilə 24 saatdan çox söhbət edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər